|
Avropa Keyfiyyət Təşkilatının (AKT) Baş Assambleyasının İstanbuldakı iclasında Mərkəzi və Şərqi Avropa (MŞA) ölkələri arasında 10-cu Beynəlxalq Keyfiyyət Turnirinin keçirələcəyi bəyan olunmuşdur. Bu yarışma 2005-ci ildən bəri hər il keçirilir və öz səviyyəsinə görə milli mükafatların Avropada ən nüfuzlu olan EFQM Mükəmməllik Mükafatı ilə arasında orta mövqe tutur. Bir çox Rusiya, Ukrayna, Azərbaycan, Belarus, Litva, Macarıstan, Rumıniya, Qazaxıstan və Tacikistan şirkətləri turnirdə iştirak edərək keyfiyyətini təkmilləşdirmək və tanınma coğrafiyasını genişləndirməyə nail olmuşdular. 2013-cü ildə Azərbaycanı təmsil etmiş Global Construction MMC şirkəti Mərkəzi və Şərqi Avropa Keyfiyyət Mükafatını qazanmışdır. Yarışmanın qalibləri, laureatları və finalçıları MŞA Keyffiyyət Liderləri Klubuna daxil olmaq hüququnu əldə edirlər. Hər yaraışmadan sonra həmçinin aparıcı şirkətlər kataloqu da çapa çıxır. 2012-ci ilin kataloqunu www.uaq.org.ua səhifəsində tapmaq olar.
|