|
Multi-plumb şirkətinin direktoru Stiv Qarrardın sözlərinə görə: "Stajçımız yarışda iştirak edəndən sonra yeni bilik və bacarıqları daha həvəslə öyrənir. İndi, o, bacarıqlarından daha əmindir və məlum olub ki, onun bacarıqları düşündüyündən daha yüksək səviyyədədir. Artıq ona daha fərqli işlər həvalə etmək və daha yüksək standartlı işləri görməyi etibar etmək mümkün olduğundan, bu, şirkətimiz üçün də faydalı olub." İşəgötürənlər üçün ən vacib amil tələbələrin motivasiyasının artması və müvəffəqiyyətsizliklərdən sonra bərpa olaraq daha yüksək əminlik və səbatla yoluna davam etməsidir.
|