|
|
Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017 – ci ilin 28 may – 06 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının uğurlu nəticələri ilə bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Qüdrət Qurbanov çıxış etdi. Dövlət Dəniz Administrasiyasının rəisi bildirdi ki, audit yoxlamanın nəticələrinə əsasən Azərbaycan Respublikası 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub. Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğuladı ki, Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.
|