|
Xatırladaq ki, dövlət liman nəzarəti üzrə ilk anlaşma memorandumu (Dövlət liman nəzarəti üzrə Paris Anlaşma memorandumu) 1982-ci ildə imzalanıb, daha sonra Beynəlxalq Dəniz təşkilatı tərəfindən fəaliyyəti dəstəklənən, həmçinin Avropanın və Şimali Atlantikanın ərazilərini əhatə edən digər regional liman nəzarəti üzrə ixtisaslaşmış beynəlxalq qurumlar yaradılıb. Bunlara Tokyo, Latın Amerika, Karib hövzəsi, Qərbi və Mərkəzi Afrika, Qara dəniz, Aralıq Dənizi, Hindistan okeanı, Fars körfəzi və Amerika Birləşmiş Ştatları aiddir.
|