|
Suriyada hökumət və müxalifət qüvvələri arasında 2011-ci ilin mart ayında hərbi münaqişə başladı. Hakimiyyət əleyhinə aksiyaların güc yolu ilə dağıdılmasından sonra Birləşmiş Ştatlar, Britaniya, Kanada, Polşa, İspaniya, Türkiyə, Belçika, Kanada, TunisvəLivyaƏl-Əsədinhakimiyyəti ilə diplomatik münasibətləri kəsdilər. Paralel olaraq Vaşinqton müxalif qüvvələrə dəstək verməyə başlayır: onlara yüngül silahlar verir.İslam Dövləti Suriya münaqişəsində 2011-c ilin avqustunda ortaya çıxdı. 2012 –ci ilin yanvar ayında Suriyada İslam Dövləti çərçivəsində fəaliyyət göstərən Camat Əl-Nusrə təşkilatı yarandı. 2014-cü ilin iyun ayında, islamçıların İraqa mübarizə apardıqları kimi Suriyada da mübarizə aparmallarından irəli gələrək İslam Dövlətinin adı dəyişdi və onun adı İraqda və Suriyada İslam Dövləti oldu (ISIS, ISIL). Əl Bağdadi xəlifə elan olundu. 2014 –cü ildə uğurlu hərbi əməliyyatlara paralel olaraq islamçıların necə cinaytlərə yol verdikləri məlum olur. Əl-Bağdadın zünün döyüşçüləri xristianları, şiə müsəlmanları, kürdləri necə cəzalandırmaları ilə bağlı kadrlar yayırlar. Əzab, cinsi zorakılıq, ölümlə cəzalandırmanın orta əsrlərdə mövcud olan metodları: baş kəsmək, diri-diri basdırmaq və ya suda boğmaq İslam Dövlətinin əl yazısına döndü.Həyata keçirilən zorakılıqlardan başqa İslam Dövləti terror aktları da törədir. Bunlardan ən çox əks səda doğuranı, 2015-ci ildə noyabr ayında Parisdə baş verən terraktdır, bu zaman 100-dən artıq insan həlak olub.
|